Futzal üzrə Yüksək Liqada 21-ci turdan təxirə salınmış oyun keçirilib.
Komanda.az xəbər verir ki, lider “Araz” turnir cədvəlinin əks qütbündə qərarlaşmış “Xəmsə” ilə üz-üzə gəlib. Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən “Araz” ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb. Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.
Yüksək Liqa, 21-ci turdan təxirə salınmış oyun
25 mart
Araz – Xəmsə (6:0) 15:0
Qol: Qalo, 1:27, 25:36, Bolinya, 2:43, 14:51, 23: 19, 28:45, 29:27, 39:43, O. Rüstəmli, 8, 10: 18, 15:34, R. Tolouei, 20:17, 34:48, A. İsmayılov, 22:36, 32:44
Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Yusif Nurullayev
Hakim-inspektor: Tofiq Şükürov
Olimpik Star. Saat 12:30
Araz: 1. Rövşən Hüseynli (q, k), 2. Adil İsmayılov, 4. Kardoso Everton Qalo, 10. Teles Thaqo Bolinya, 5. İsa Atayev, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei,
19. Anar Məmmədov (q)
Baş məşqçi: Joze Alesio da Silva
Xəmsə: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 13. Novruz İbrahimov (k), 10. Əli Həsənov, 5. Ülvi Ağayev, 6. Şamo Talıbov, 8. Talıb Vəliyev
Baş məşqçi: Arif Vəliyev
№ Komanda O Q H/H M T/F X
1 Araz 18 17 1 0 120-22 52
2 Marafon Futsal 18 12 1 5 69-37 37
3 EKOL 18 10 2 6 80-51 32
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 16 5 4 7 40-43 19
6 Yasamal 17 4 0 13 54-113 12
7 Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Thiaqo Telez (Araz) – 27 qol
