Liam Delap “Mançester Yunayted”in transfer hədəfində
26.01.2026 , 12:00
“Çelsi”nin gənc hücumçusu Liam Delap İngiltərə Premyer Liqasında başqa klubun diqqət mərkəzindədir.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” futbolçunu heyətinə qatmaq istəyir.
Xarici KİV yazır ki, İngiltərə klubu onun oyun üslubunun komanda taktikasına uyğun olduğunu hesab edir.
Hazırda 22 yaşlı Delapın “Çelsi” ilə müqaviəsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.