“Leyptsiq”in gənc ulduzu Avropanın diqqət mərkəzində
09.02.2026 , 12:00
“Leyptsiq” gənc futbolçusu Yan Diomande ilə bağlı qərarını yayda verə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın aparıcı klubları 19 yaşlı cinah oyunçusunu diqqət mərkəzində saxlayır.
PSJ, “Bayern”, “Tottenhem” və “Mançester Yunayted” skautlarının futbolçunun oyunlarını mütəmadi izlədiyi bildirilir.
Hazırda isə tərəflər arasında hər hansı rəsmi təmasın olmadığı qeyd olunur.