“Leyptsiq”də yeni baş məşqçi
09.12.2021 , 16:53

“Leyptsiq”in yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı Domeniko Tedesko təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb.
36 yaşlı mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Cessi Marşı əvəzləyib.
Tedeskonun son klubu “Spartak” olub.
