“Leyptsiq” 20 yaşlı futbolçu ilə gücləndi
30.01.2026 , 12:45
Almaniyanın “Leyptsiq” klubu Fransanın “Reyms” komandasından 20 yaşlı müdafiəçi Abdul Koneni transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi onunla 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Bu mövsüm Liqa 2-də 18 oyuna çıxan Kone 1 qol vurub və 1 qol ötürməsi edib.