Çempionlar Liqasında çıxış edən Almaniyanın “Leypsiq” heyətini gücləndirib.
Çempionlar Liqasının debütantı “Bayer”dən Kevin Kamplı rənglərinə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Leverkuzen təmsilçisi bu keçid üçün 20 milyon avro təzminat alıb.
Qeyd edək ki, sloveniyalı oyunçu 2015-ci ildə “Borussiya”dan “Bayer”ə transfer olmuşdu.
