“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.
Korner.az-ın məlumatına görə, bu barədə “Report”un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.
“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, – deyə, G.Əliyeva əlavə edib.
Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.
