Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Korner.az-ın məlumatına görə, bir günlük fasilədən sonra bu gün 6-cı turun oyunlarına start verilib.
Yarışın 6-cı oyun günündə Bakı Kristal Zalını prezident İlham Əliyevin qızı, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva ziyarət edib. Əliyeva Maqnus Karlsenlə (Norveç) Xulio Sadorra (Filippin) arasında görüşün ilk gedişini edib.
O, daha sonra zaldakı sərgi mərkəzini ziyarət edib. Görüşdən fotoları təqdim edirik:
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
