Avropa liqası

“Lex”in mətbuat katibi: “Xəzər Lənkəran” bu haqda bizə müraciət edib”

25.07.2012 , 08:16

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşada keçiriləcək "Lex" – "Xəzər Lənkəran" oyununun canlı yayımlanıb-yayımlanmayacağı hələ dəqiq bilinmir. Bu haqda Korner.az-a  Polşanın "Lex" klubunun mətbuat xidmətinin rəhbəri Joanna Dzios deyib. Poznan təmsilçisinin rəsmisi saytımıza bildiridi ki, Polşa telekanallarının bu oyunun canlı yayım məsələsini bu gün həll edə bilər:

 "Matçın canlı yayımı ilə bağlı Azərbaycan telekanallarından və "Xəzər Lənkəran" bu haqda bizə müraciət edib. Bu sırf bizdən asılı olan bir sey deyil. Bu gün bu məsələyə tam aydınlıq gələcək".

Son yazılar

Yuxarı