Avropa liqası

“Lex”in məşqçisi “1”-ə də razıdı

19.07.2012 , 10:41

“Lənkəranda dəhşətli istidir. Küçədə yüksək temperaturda gəzmək çətindir. Buna görə günəş altında olmağı maksimal dərəcədə məhdudlaşdırmağa çalışırıq”.

Korner.az apasport.az-a istinadla xəbər verir ki, bu fikirləri Polşanın “Lex” klubunun məşqçisi Yeji Çurak deyib. Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bu gün səfər oyununu Lənkəranda keçirəcək Poznan təmsilçisi hava şəraitindən gileylənib.

Komandada 2-ci məşqçi olan Çurak onlar üçün istidə oynamağın çətin olacağını düşünsə də, səfər qələbəsinə iddialıdır: “Onsuz da matç zamanı futbolçular yetərincə tərləyəcəyindən, onları lazımsız yormağa ehtiyac yoxdur. Buna görə oteldəki nömrələrimizdə qısa müddətli istirahət yaratdıq. Bu, oyun öncəsi rahat olmaları məqsədi ilədir. Artıq oyunçuları ayrılıqda təhlil etmişik. Nahardan sonra ümumi informasiya verərək, start heyətini açıqlayacağıq və ilk dəqiqələrdən meydana çıxan oyunçular bilinəcək. Əslində yalnız oyun vaxtı biləcəyik ki, biz Azərbaycanda mövcud şəraitə necə uyğunlaşmışıq. Bizi Lənkəranda 1:0 hesablı qələbə qane edəcək”.

Son yazılar

Yuxarı