Avropa liqası

“Lex”in futbolçusu: “Xəzər Lənkəran” standart vəziyyətlərdən daha yaxşı istifadə edir”

18.07.2012 , 15:22

"Bu oyunda hər iki komandanı qələbə qane edir. Odur ki, biz də buna çalışacağıq. Çünki burada qazanılan qələbə növbəti mərhələ üçün şanslarımızı artıracaq".

Korner.az-ın məlumatına görə, bu sözləri sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Xəzər Lənkəran”ın qonağı olacaq Polşanın “Lex”klubunun futbolçusu İvan Djurdjeviç deyib. 

Futbolçu "Xəzər Lənkəran"ın satandart vəziyyətdən daha yaxşı istifadə etdiyini açıqlayıb:

"Ancaq müdafiədən də diqqətli oynamalıyıq. Bildiyimə görə, Lənkəran futbolçuları standard vəziyyətlərdən yaxşı istifadə etməyi bacarırlar. Deməli, bunu mütləq nəzərə almaq lazımdır.

Son yazılar

Yuxarı