"İlk hissədə "Xəzər Lənkəran"daha inamlı təsir bağışlayırdı. Ancaq yaxşı ki, ikincni hissədə oyunun axarını öz xeyrimizə dəyişə bildik".
Korner.az-ın məlumatına görə, bu sözləri Avroliqanın II turunda "Xəzər Lənkəran"la görüşdən sonra keçirilən mətbuat konfransında "Lex"in baş məşqçisi Mariuş Rumak deyib. "Xəzər Lənkəranın çox yaxşı komanda olduğunu vurğulayan çalışdırıcı 1:1 hesabının sərfəli olduğunu da bildirib:
"Yunis Hüseynov ikinci hissədə iki hücumçu ilə oynadı. Biz də öz taktiki düzülüşümüzü qurduq. Mənə elə gəlir ki, bu gün "Xəzər Lənkəran"ın bəxti gətirdi. Öz meydanımızda da bizi çətin oyun gözləyir. "Xəzər Lənkəran" çox yaxşı komandadır".
