"İki səbəbdən bu oyun bizim üçün vacib idid. Birincisi avrokuboklarda mübarizə aparırıq və ehtiyat qüvvəmizin daha hazır olması üçün futbolçularımıza şans vermək, ikincisi isə gənc futbolçulara bir daha baxış keçirmiş olduq".
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasında "Xzər Lənkəran"ın rəqibi olan "Polşanın "Lex" klubunun baş məşqçisi Marius Rumak ötən gün Kiprin "Olimpiakos" klubu ilə baş tutan yoxlama matçından (1:3) sonra deyib.
Klub TV-sinə danışan Poznan təmsilçisinin çalışdırıcısı sınaq matçında çıxış edən futbolçular haqda konkret bir qərar vermədiyini və cümə günü "Xəzər Lənkəran"la matça qədər onlardan hr hansısa birinə şans verə biləcəyini istisna etməyib:
"Bu oyundan sonra daha ətraflı təhlili sonra aparacam. Cümə günü "Xəzər Lənkəran"la oyun var. Çox sevinirəm ki, biz 3 qolu yoxlama matçında buraxdıq".
