Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında 1:0 hesabı ilə "Xəzər Lənkəran"ı məğlub edən "Lex" klubunun baş məşqçisi Mariuş Rumak oyundan sonra keçirilən mətbuat konfransında qələbəyə şərh verib. Korner.az-ın məlumatına görə, Poznan təmsilçisinin çalışdırıcısı komandasının oyunundan razı qaldığını bildirib:
"Komandamın oyunundan razı qaldım. Düşünürəm ki, bu dəfə Lənkəranda baş tutan ilk görüşdən daha yaxşı oynadıq. Erkən qol vurmağımız yaxşı oldu. Ancaq təəssüf ki, bunun ardını gətirə bilmədik. Bununla belə, qələbə qələbədir.
Növbəti mərhələyə adladığımız üçün çox sevincliyəm. Bu arada azarkeşlərimizə də təşəkkür edirəm. Bizi sonadək dəstəklədilər. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik".
