"Xəzər Lənkəran"ın üçüncü təsnifat mərhələsindəki rəqibi Polşanın "Lex" klubu 2012/2013 mövsümü üçün yeni formalarını ictimaiyyətə təqdim edib. Korner.az-ın məlumatına görə, "Lex" evdə "ağ-göy", səfər oyunlarında isə qara forma ilə çıxış edəcək.
Qeyd edək ki, Polşa təmsilçisi "Xəzər Lənkəran"la səfərdə baş tutan ilk görüşə məhz yeni – qara forması ilə meydana çıxmışdı. Bu komandalar arasında cavab matçı isə iyulun 26-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
