“Lex” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?
04.07.2022 , 13:10

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Korner.az xəbər verir ki, “Poznan” stadionunda baş tutacaq görüşə 22 mindən çox bilet satılıb. Bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.
“Lex”in stadionunun tutumu 43 min 269 nəfərdir.
Matç iyulun 5-də baş tutacaq. Komandalar arasındakı cavab oyunu 12-də Bakıda olacaq.
