Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində poznanda baş tutacaq "Lex" – "Xəzər Lənkəran" oyununa maraq kifayət qədər yüksəkdir. Korner.az-ın məlumatına görə, artıq polyak azarkeşlər satışa çıxarılan biletlərin 17 minini alıb. Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Poznan klubunun rəsmi saytının yaydığı məlumata görə, bu oyuna azarkeş marağı olduqca çoxdu. Lakin "Lex"in birinci təsnifat mərələsindəki "Jetisu" (Qazaxıstan) oyununa belə maraq yox idi.
Polşanın digər mətbu orqanları Lənkərandakı 15 minlik fanat ordusunu işıqlandıraraq "Lex" azarkeşlərini stadiona səsləyir.
Qeyd edək ki, "Lech" – "Xəzər Lənkəran" matçı iyulun 26-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Lənkəranda keçirilən ilk oyun 1:1 hesabıyla başa çatıb.
