Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Qazaxıstanın "Jetisu" klubunu mübarizədən kənarıaşdıraraq (2:0, 1:1) Xəzər Lənkəran"a rəqib olan Poznan təmsilçisinin rəsmi saytı ilk matçı Lənkərandan birbaşa izləmək istəyən azarkeşlərinə səslənib. Korner.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 15 min azarkeş tutumuna malik "Fırtınalar meydanı"nda oyunu canlı izləmək istəyən polyak azarkeşlər internet vasitəsi ilə bilet əldə edə bilərlər.
Yaşı beşi ötmüş uşalara və eləcədə 13 yaşınadək olan azarkeşlərə 50% endirim olacaq. Bu güzəşt həm də, tələbələrə keçərlidir.
