Bolqarıstanın “Levski” (Sofiya) klubunun azarkeşləri hərəkətləriylə dünya mediasının gündəminə gəliblər.
Korner.az-ın məlumatına görə, komandanın yeni baş məşqçisini İvaylo Petevin təqdimat mərasiminin keçirildiyi zala soxulan bir neçə ultras çalışdırıcının ünvanına xoşagəlməz ifadələr işlədiblər.
“Burda istənilmirsən, ayağa qalx, paltarlarını soyun və rədd ol!” – deyən fanatlar Petevi konfrans otağından çıxarıblar.
Azarkeşlərin bu hərəkətinə səbəb də bəlli olub. Belə ki, onlar Petevin “Levski”nin əzəli rəqibi SSKA-ya (Sofiya) azarkeşlik etdiyini düşünürlər.
