Levandovskidən rekord – 14 dəqiqə
27.11.2019 , 17:19
“Bavariya”nın futbolçusu Robert Levandovski rekorda imza atıb.
Korner.az xəbər verir ki, polşalı hücumçunun rekordu Çempionlar Liqasının 5-ci turunda “Srvena Zvezda”nı 6:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.
14 dəqiqə 31 saniyəyə 4 qol vuran forvard Çempionlar Liqası tarixində ən qısa zamanda poker edən futbolçu olub.