“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaqları oyunları dəyərləndirib.
Madrid klubunun transfer hədəfində olduğu iddia olunan Robert Levandovski cütün favoritinin “Real” olduğunu etiraf etib:
“Çempionlar Liqasında iki dəfə ardıcıl qalib olan komandanın favorit olduğu açıqdır. Ancaq bu, bizi dəqiq 100 faiz məğlub edəcəkləri anlamına gəlmir. Son oyunlarda yaxşı vəziyyətdə olduğumuzu göstərdik. Artıq sadəcə, “Real”a diqqət yetirməli və tamamilə oyuna köklənməliyik. Rəqibin səhvlərindən faydalanmaq məcburiyyətindəyik. Bu il yaxşı müdafiə olunuruq. Ümid edirəm ki, onu dayandırarıq, amma “Real” tək Ronaldodan ibarət deyil”.
