“Bayern Munchen”in hücumçusu Robert Levandovski növbəti dəfə Polşanın ən yaxşı oyunçusu seçilib.
Korner.az-ın məlumatına görə, Levandovski ardıcıl 4-cü il bu mükafata sahib çıxıb. 2013/14 mövsümündə “Borussia Dortmund”un heyətində Almaniya Superkubokunu qazanan hücumçu Bundesliqanın bombardiri də olmuşdu.
