Levandovski üçün “yaşıl işıq”
27.10.2023 , 20:32

“Barselona”nın bir müddətdi zədəli olan futbolçusu Robert Levandovski “El Klasiko”da iştirak edə bilər.
Korner.az-ın məlumatına görə, polşalı forvard zədəsini sağaldıb və məşqlərə başlayıb. Onun “Real”la matçda işsirak edib-etməyəcəyi məşqçilər korpusunun qərarından asılıdı.
Qeyd edək ki, “El Klasiko” sabah Bakı vaxti ilə saat 18:15-də keçiriləcək.
