Levandovski şəxsi rekordunu yenilədi
11.06.2020 , 18:24

Almaniya kubokunun yarımfinal mərhələsində “Bavariya” “Ayntraxt”a 2:1 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, görüş münhenlilərin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
Belə ki, oyunda fərqlənən futbolçu bu mövsüm vurduğu qolların sayını 45-ə çatdırıb. Bununla da o, şəxsi rekordunu yeniləyib.
