Levandovski ilin ən yaxşı futbolçusu seçildi
23.11.2021 , 01:37

“Tuttosport” nəşri 2021-ci ilin ən yaxşı futbolçularını seçib.
Korner.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Robert Levandovski birinci olub. İkinci yerə “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo seçilib. PSJ-dən Lionel Messi isə 3-cü olub.
Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.
