Levandovski gələcəyi ilə bağlı danışdı
12.03.2019 , 11:48

“Bavariya” klubunun hücumçusu Robert Levandovski gələcək karyerası ilə bağlı açıqlama verib.
Polşalı futbolçu özünü yaxşı hiss etdiyini və karyerasını “Bavariya”da bitirmək istədiyini deyib:
“Daha 5 il rahat şəkildə oynaya bilərəm. Mən bu kluba çox bağlıyam. Bütün planlarım bu klubla bağlıdır. Karyeramı elə burada bitirmək istəyirəm”.
Qeyd edək ki, Robert Levandovski 2014-cü ildə Dortmundun “Borusiya” klubundan “Bavariya”ya keçib.
