Levandovski: “Çox hirsli və əsəbiyəm”
14.03.2019 , 10:55

Çempionlar Liqasının 1/8 final mərhələsində doğma meydanda “Liverpul” klubuna 1-3 hesabı ilə uduzan “Bavariya” klubunda üzlər gülmür.
Komandanın polşalı futbolçusu Robert Levandovski görüşlə bağlı fikirlərini bölüşüb:
“Öz evimizdə oynuruq, amma “Bavariya” kimi oynamırıq. Buna görə də “Liverpul” bizi məğlub etdi. Çox əsəbiyəm. Biz qələbə qazanmalı idik, amma olmadı.”
Qeyd edək ki, 1/4 finalın püşaatma mərasimi martın 15-i keçiriləcək.
