Dortmund "Borussiya"sından ayrılacağı artıq mübahisə mövzusu olmayan Levandovski maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyini açıqlayıb.
Təcrübəli forvard bildirb ki: “Yanvarda istənilən klubla anlaşa bilərəm. Amma heç vaxt deməmişəm ki, bu komanda “Bavariya” olacaq. Yayda bu komanda ilə razılaşmışdıq, lakin son anda keçid baş tutmadı. Ötən mövsüm hətta “Mançester Yunayted”in həmin vaxtkı baş məşqçisi Aleks Ferqyussonla da görüşmüşdüm. Açığı, ən böyük arzum elə İngiltərə Premyer Liqasında oynamaqdı. Bu mənim üçün əla təcrübə olar”.