Levandovski “Barselona”nı sevindirdi
05.05.2025 , 13:45

“Barselona”nın futbolçusu Robert Levandovskinin son durumu ürəkaçandır.
Korner.az xəbər verir ki, polşalı hücumçu artıq zədəsini bərpa edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçirikəcək matçda oynayacağı gözlənilir.
Sözügedən oyuna sabah Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
