Levandovski “Barselona” ilə yoluna davam etmək istəyir
12.02.2026 , 21:00
Robert Levandovskinin gələcək planları ilə bağlı iddialar gündəmə gəlib. “Barselona”nın hücum xəttində əsas fiqurlardan olan polşalı futbolçu klubdan ayrılmaq niyyətində deyil.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard qərarını klub daxilində gözlənilən dəyişikliklərdən sonra açıqlayacaq. Xüsusilə mart ayında baş tutacaq prezident seçkilərinin nəticələri Levandovskinin yekun mövqeyinə təsir edəcək.
Xəbərdə bildirir ki, təcrübəli hücumçu Kataloniya təmsilçisində qalmaq üçün maddi şərtlərlə bağlı kompromisə getməyə hazırdır. Onun üçün əsas məqsəd sabitlik və komandanın uzunmüddətli planlarında yer almaqdır.
Cari mövsümdə Levandovski bütün yarışlar üzrə 28 matçda iştirak edib, 13 dəfə fərqlənib və 3 assistlə komandasına töhfə verib.