Levandovski Anri haqqında danışdı
08.03.2019 , 18:15

Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski sabiq fransız futbolçu Tieri Anri haqqında xoş sözlər danışıb.
Uşaqlıqdan Anrinin oyun tərzini bəyəndiyini deyən polşalı futbolçu sözlərinə bunu əlavə edib:
“Mənim idolum Tieri Anri olub. Təkcə vurduğu qollara görə deyil, həmçinin komandası üçün etdiklərinə görə deyirəm. Onun necə çətin məqamlardan fərqləndiyini çox yaxşı xatırlayıram.”
Qeyd edək ki, Tieri Anri son olaraq “Monako” klubunu çalışdırıb, lakin uğursuz nəticələrə görə istefaya göndərilib.
