"Lester”in qış transfer dönəmində heyətinə qatacağı futbolçulardan birinin adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, söhbət Belçikanın "Genk” klubunda forma geyinən Vilfred Ndididən gedir.
İngiltərə mətbuatında yer alan xəbərə görə, artıq 19 yaşlı nigeriyalı müdafiəçi ilə danışıqlara start verilib. "Tülkülər”in Nigeriya millisinin üzvü üçün "Genk”ə 14 milyon funt-sterlinq ödəyəcəyi gözlənilir.
