“Lester”in yeni baş məşqçisi bəlli oldu
26.02.2019 , 16:22

Şotlandiyalı baş məşqçi Brendan Rodcers bundan sonra “Lester Siti” klubunun baş məşqçisi olacaq.
İngiltərə mətbuatının verdiyi məlumata görə, tərəflər arasında razılıq əldə olunub və 46 yaşlı futbol mütəxəssisi 24 saat ərzində rəsmi olaraq “Lester Siti”nin sükanı arxasına keçəcək.
Qeyd edək ki, Brendan Rodcers premyerliqada daha əvvəl “Liverpul” klubunu çalışdırıb. Onun sonuncu iş yeri “Seltik” klubu olub.
