“Lester”in baş məşqçisi qovuldu
29.03.2024 , 22:47

“Lester”in qadınlardan ibarət komandasında baş məşqçi Villi Kirk ilə yollar ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb, mütəxəssisin komandada davranış kodekslərini pozması olub.
Villinin komandanın oyunçularından biri ilə münasibətdə olduğu bildirilir.
