Son İngiltərə çempionu “Lester” növbəti transferini gerçəkləşdirib.
Korner.az-ın məlumatına görə, komanda “Nitsa”nın yarımmüdafiəçisi Nampalis Mendi transfer edib.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Ötən mövsüm “Nitsa”nın heyətində 38 oyun keçirən Mendi cəmi 1 qol vurub.
“Lester” buna qədər Lukas Hernandes, Raul Uçe Rubio və qapıçı Ron-Robert Zieleri transfer edib.
