“Lester”dən “Trabzonspor”a
26.09.2020 , 15:14

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Lester Siti”nin yarımmüdafiəçisi Fusseni Diabateni transfer edib.
24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Türkiyə təmsilçisi bu keçid üçün 1 milyon 573 min avro təzminat ödəyib.
