“Lester”dən ayrılır
29.04.2025 , 20:06

“Lester”in futbolçusu Ceymi Vardi mövsümün sonunda klubunu dəyişəcək.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, ingiltərəli forvardın Çempionşipdə oynamaq istəmədiyi bildirilib.
Bu səbəbdən 38 yaşlı oyunçunun yayda komandadan ayrılacağı gözlənilir.
Xatırladaq ki, o, 2012-ci ildən “Lester”də forma geyinir.
