Portuqaliya Premyer Liqasında III turun görüşləri keçirilib.
Korner.az-ın məlumatına görə, “Sportinq” “Portu”nu qəbul edib və 2:1 hesabı ilə məğlub edib. Əlcəzair millisinin futbolçusu İslam Slimani üçün bu oyun “Sportinq”in heyətində sonuncu olub. Oyunun 14-cü dəqiqəsində qol vuran 28 yaşlı futbolçu qarşılaşma bitəndən sonra göz yaşlarına hakim ola bilməyib.
Slimaninin yaxın günlərdə “Lester Siti” ilə rəsmi müqavilə imzalayacaq.
