“Lester Siti”də baş məşqçi istefası
26.01.2026 , 10:00
“Lester Siti” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, İngiltərə təmsilçisi Marti Çifuenteslə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Qeyd edək ki, Marti Çifuentes 2025-ci ilin iyulundan “Lester Siti”nin baş məşqçisi təyin olunmuşdu.