İngiltərə Premyer Liqasında mübarizə aparan "Lester Siti" müvəqqəti olaraq komandanın başına gətirilən Kreyk Şekspirə yeni müqavilə təklif etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
"Tülkülər" 53 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalamaq niyyətindədir.
Xatırladaq ki, Şekspir "Lester Siti"də sabiq baş məşqçi Kladio Ranyerinin köməkçisi olmuşdur.
Qeyd edək ki, ingilis təmsilçisi təcrübəli məşqçinin başçılığı altında oynadığı hər iki matçda da qalib gəlmişdir.
