İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti” bu il uğursuz çıxışı ilə yadda qalır.
Korner.az-ın məlumatına görə, klub rəhbərliyi baş məşqçi Kladiyo Ranyeriyə dəstəklərini bildiriblər:
“Mediada çıxan xəbərlərin əksinə, Ranyeriyə tam dəstəyimiz davam edir”.
Premyer Liqanın son çempionu bu mövsüm 24 turda cəmi 21 xal toplayaraq autsayderlər qrupundan 1 xal öndə – 16-cı sıradadır.
