“Arsenal”ın baş məşqçisi Arsen Venqer çempionluq uğrunda əsas rəqiblərindən olan “Lester Siti” haqda danışıb.
Korner.az-ın məlumatına gröə, təcrübəli mütəxəssis bu komandanın uğurlarına sevindiyini dilə gətirib:
“Lester”ə görə bütün İngiltərə narahat olur. Təbii ki, “Arsenal”, “Siti” və “Tottenhem” fanatlarından başqa. Bu komandanın uğurları məni sevindirir. “Lester” göstərdi ki, futbolda pul və ulduz futbolçular olmasa da uğur qazanmaq olur”.
