Dünya Futbolu

Leroy Sane rəsmən “Bavariya”da

03.07.2020 , 17:29

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

Korner.az xəbər verir ki, Münhen təmsilçisi Mançester Siti”nin futbolçusu Leroy Saneni transfer edib.

24 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. Klub bu keçid üçün “şəhərlilər”ə bu 54,8 milyon funt-sterlinq təzminat ödəyib.

“Mançester Siti” futbolçunu 2016-cı ildə “Şalke”dən 50,5 milyon avroya transfer etmişdi.

Son yazılar

Yuxarı