Leroy Sane La Liqa yolunda
08.05.2025 , 16:15

Leroy Sane mövsümün sonunda “Bavariya”nı tərk edə bilər.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçinin müqaviləsini yeniləməyəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
29 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirməyə yaxındır. Almaniyalı oyunçunun xidmətində “Barselona” maraqlıdır.
Bu mövsüm 28 oyunda iştirak edən Sane 11 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
