“Qarabağ”ın sabiq futbolçusu Leroy Çorcun yeni klubu müəyyənləşib.
30 yaşlı yarımmüdafiəçi karyerasını Avstraliyanın “Melbrun Viktory” klubunda davam etdirəcək. Klubun saytı azad agent kimi bu komandaya keçəcək Leroyla sabah 1 illik müqavilə imzalanacağını yazıb. O, artıq tibbi müayinədən uğurla keçib.
Komandanın baş məşçisi Kevin Maskat Leroyun keçidinə belə münasibət bildirib: “Leroy müsbət keçmişi olan yaxşı oyunçudur. Biz şadıq ki, onu heyətimizə qatırıq”.
