Leon “Bavariya”da
02.08.2018 , 21:30

“Bavariya” növbəti transferini açıqlayıb.
Leon Qoretska ilə 4 illik müqavilə imzalanıb.
Son klubu “Şalke” olan 23 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinə azad agent statusu ilə keçib.
Qeyd edək ki, Qoretska Almaniya millisinin üzvüdür. O, yığmada 16 oyuna 6 qol vurub.
