Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” “Fənərbağça”da icarə əsasında çıxış edən Jeremain Lensi transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda qardaş ölkənin mətbuatı xəbər yayıb.
Mövsümün sonunda “sarı-lacivərlilər”lə müqaviləsi sona çatan oyunçu iyun ayının 1-də “Sanderlend”ə qayıdacaq. Bildirilir ki, İngiltərə təmsilçisi yarımmüdafiəçini 8-10 milyon avrodan aşağı bir məbləğə satmaq fikrində deyil.
Xatırladaq ki, “Sanderlend” Lensi 18 milyon avro qarşılığında heyətinə qatmışdı.
