İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempardın yeni iş yeri müəyyənləşib.
Sabiq futbolçu “BT Sport” telekanalında ekspert kimi fəaliyyət göstərəcək.
Bu kanal İngiltərə Premyer Liqası və Çempionlar Liqasının yayım hüququna malikdir.
