Lempardın yeni iş yeri məlum oldu
31.01.2022 , 19:16

“Everton”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı Frenk Lempard çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
İngiltərəli baş məşqçi bu vəzifədə yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib.
