"Nyu York Siti"nin yarımmüdafiəçisi Frenk Lempard hazırda çıxış etdiyi "Mançester Siti"də mövsümün sonuna qədər qalmaq şansını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu deyib:
"Mən irəliyə qaçmaq istəmirəm. Yanvarın birinə qədər "Mançester Siti"dəyəm. Hazırda məhz bu haqda düşünürəm. Sonra nə olacaq , baxarıq.
Mövsümün əvvəlində çoxlu söhbətlər var idi. Gələcəyim necə oynamağımdan asılıdır.
Həmişə növbəti oyun haqda düşünmüşəm və komandaya bacardığım qədər fayda verməyə çalışmışam", – deyə bildirib.
